Ana Sayfa > Gündəm / Karusel > Prezident və Mehriban Əliyeva “Ürək Mərkəzi”nin açılışında

Prezident və Mehriban Əliyeva “Ürək Mərkəzi”nin açılışında


6-03-2017, 11:57. Yazar: admin
Prezident və Mehriban Əliyeva “Ürək Mərkəzi”nin açılışında

Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi”nin açılışı olub.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış oldular.

Dövlətimizin başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşdülər.

AİA.az
Geri dön