Ana Sayfa > İdman > Çempionlar Liqası:
Çempionlar Liqası:Bu gün, 11:03. Yazar: sevinc1 |
![]() Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq. aia.az xəbər verir ki, ikinci oyun günündə keçiriləcək 4 qarşılaşma ilə 1/8 finalın bütün iştirakçıları bəlli olacaq. Günün ilk matçı İtaliyada “Atalanta” ilə Almaniyanın “Borussiya Dortmund” komandası arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. İlk matçda Dortmund təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Digər 3 oyun isə gecə saat 00:00-da start götürəcək. Türkiyənin “Qalatasaray” klubu ilk görüşdə 5:2 hesabı ilə qalib gəldiyi “Yuventus”la bu dəfə İtaliyada qarşılaşacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 21:45. "Atalanta" (İtaliya) - "Borussiya Dortmund” (Almaniya) İlk oyun - 0:2 00:00. PSJ (Fransa) - "Monako" (Fransa) İlk oyun - 3:2 00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) İlk oyun - 2:5 00:00. "Real Madrid" (İspaniya) - "Benfika" (Portuqaliya) İlk oyun - 1:0 Qeyd edək ki, ötən gün baş tutan matçlardan sonra "Atletiko Madrid" (İspaniya), "Bayer" (Almaniya), "Budyo Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala yüksəliblər. aia.az Geri dön |