Ana Sayfa > Dünya > Xatun sevgilisindən ayrıldı: "Yalanı bağışlamıram"

Xatun sevgilisindən ayrıldı: "Yalanı bağışlamıram"


6-03-2017, 11:52. Yazar: admin
Xatun sevgilisindən ayrıldı: "Yalanı bağışlamıram"

Müğənni Xatun Əlıiyeva sevgilisindən ayrılıb.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

İfaçı ayrılığa yalanın səbəb olduğunu söyləyib:

"İnsanları tanıdıqca yalnızlaşıram. Tənhalıqdan da rahatam. Yalanla sənin qəlbini elə sındırırlar ki, düzəlmir. Danışdığın insana arxayın olmalısan ki, sənlə yazışdığı mesajı başqasına göstərmir. Sevdiyi insanın qəlbinə dəyməsini heç kimə arzulamıram. Xəyanət yox, yalan səbəb oldu. Xəyanəti bağışlamaq olar. Amma yalanı qəbul etmərəm. Mənə heç kim xəyanət etməyib. Xəyanət yalanlarla, soyuqluqla başlayır.

Mən 15, 18 yaşında cavan biri deyiləm. Mənim üçün ən dəyərli vaxtımdır. Ona görə vaxtımı düzgün insana sərf etməliyəm".

AİA.az
Geri dön