Ana Sayfa > İdman > "Turan Tovuz" "Qəbələ"ni məğlub etdi
"Turan Tovuz" "Qəbələ"ni məğlub etdiDünən, 17:05. Yazar: sevinc1 |
![]() "Turan Tovuz" Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda qələbə qazanıb. aia.az-ın məlumatına görə, səfərdə "Qəbələ" ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların inamlı qalibiyyəti ilə yekunlaşıb - 3:0. Tovuz təmsilçisinin qollarını 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə Filip Ozobiç vurub, 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub. Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran "Turan Tovuz" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. "Qəbələ" 15 xalla 10-cu sıradadır. aia.az Geri dön |