Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev Estoniya prezidentini təbrik etdi
İlham Əliyev Estoniya prezidentini təbrik etdi24-02-2026, 11:21. Yazar: sevinc1 |
![]() Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib. aia.az-ın məlumatına görə, təbrikdə deyilir: "Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". aia.az Geri dön |