Ana Sayfa > Gündəm / Karusel > İnternet klublarda uşaqlar üçün xüsusi kompüterlər ayrılsın - TƏKLİF

İnternet klublarda uşaqlar üçün xüsusi kompüterlər ayrılsın - TƏKLİF


6-03-2017, 10:52. Yazar: admin
İnternet klublarda uşaqlar üçün xüsusi kompüterlər ayrılsın - TƏKLİF

Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi kompüterlərin ayrılması və buna əməl etməyən klub rəhbərlərinin inzibati məsuliyyətə cəlb edilməsi təklif edilir.

AİA.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov Trend-ə bildirib ki, bu məsələ komitə tərəfindən uşaqların intretnetdə qarşılacağı zərərli infomasiyalardan qorunması məqsədi ilə yeni hazırlanmış "Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsinə daxil edilib.

Onun sözlərinə görə, layihədə internet klublarında uşaqlar üçün ayrıca guşənin yaradılması məsələsi öz əksini tapıb: "Layihəyə görə, hər bir internet klubda 2 kompüter olmaq şərtilə, süzgəcdən keçirilmilş kömpüterlər olmalıdır. İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə əyləşdirilməlidir. Buna nəzarət edəcək qurum tərəfindən mütəmadi olaraq, monitorinqlər həyata keçiriləcək. Monitorinq zamanı intetnet klubda uşağın süzgəcdən keçirilmiş kompüterdə deyil, digər kompüterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub".

Evdə uşaqların internetdən istifadəsinə valideyn tərəfindən nəzarət edilməsini vacib sayan S.Məmmədov əlavə edib ki, "Telekommunikasiya haqqında" qanuna əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün abunəçinin müraciəti əsasında internet informasiya ehtiyatlarının təhlükəsiz istifadə imkanları təmin edilir: "Yəni abunəçi internet götürdüyü provayderə evinə süzgəcdən keçirilmiş internetin daxil olması üçün müraciət edir. Bununla da uşaqların sağlamlığına ziyan vura bilən hər hansı saytların açılmasına qadağa qoyulur. Abunəçi provayderlə müqavilə bağlayarkən bu məsələni tələb edə və bu cür formada da internet ala bilər".

S.Məmmədov qeyd edib ki, "Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılıb. Hazırda layihəyə hökumət tərəfindən baxılır. Layihənin tezliklə Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur.

AİA.az
Geri dön