Ana Sayfa > Manşet / Gündəm > DİN yanında İctimai Şuranın yeni tərkibi... -

DİN yanında İctimai Şuranın yeni tərkibi... -


23-02-2026, 16:01. Yazar: sevinc1
DİN yanında İctimai Şuranın yeni tərkibi... -

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.

aia.az xəbər verir ki, səsvermədə 227 təşkilatın nümayəndəsi iştirak edib. Verilmiş bülletenlərdən 5-i etibarsız, 222-si etibarlı hesab olunub.

Səsvermənin nəticələrinə əsasən, seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun səsini toplamış aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər:

1. Əliməmməd Mali oğlu Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

2. Vaqif Gülağa oğlu Abışov – DİN Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki

3. Fərhad Rəsul oğlu Süleymanov – DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki

4. Zaur Vaqif oğlu Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin nümayəndəsi

5. İxtiyar Kərim oğlu Hüseynli – əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

6. Mehriban Heydərəli qızı Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri

7. İbrahim Xudaverdi oğlu Zeynalov – Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.

aia.az
Geri dön