Ana Sayfa > Ölkə > Naxçıvanda İrandan Türkiyəyə aparılan 5 kq-dan çox narkotik vasitə aşkarlandı
Naxçıvanda İrandan Türkiyəyə aparılan 5 kq-dan çox narkotik vasitə aşkarlandı23-02-2026, 10:10. Yazar: sevinc1 |
![]() Naxçıvan Baş Gömrük İdarəsitərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. İdarədən aia.az-a verilən məlumata görə, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub. "X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı aradırma aparılır. aia.az Geri dön |