Ana Sayfa > Özəl > Şəhidin doğum günüdə məzarı ziyarət olundu
Şəhidin doğum günüdə məzarı ziyarət olundu20-02-2026, 16:36. Yazar: azer |
![]() aia.az xəbər verir ki, 20.02.2026-cı il tarixdə YAP Gədəbəy rayon Təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də Şəhər Bələdiyyəsi və Şəhər İƏD nümayəndəliyinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz-Gədəbəy şəhər sakini Həsənov Novruz Cumalı oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəsətələri düzüldü və ruhuna dualar oxunudu. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Geri dön |