Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edib

Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edib


6-03-2017, 09:24. Yazar: Sevinc
Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edib

Müasir transplantalogiya banisi cərrah Tomas Starzl 90 yaşında Pitsburqda öz evində vəfat edib.

AİA.Az Trend-ə istinadən bildirir ki, cərrahın ölümü barəsində məlumatı onun şərəfinə adlandırılmış universitet yayıb. Həyatının son 35 ilini Starzl bu universitetdə işləyib.

Qeyd edək ki, Tomas Starzl 1963-cü ildə qaraciyər köçürülməsi üzrə ilk klinik cərrahiyyə əməliyyatını keçirib. Cəmi 4 ildən sonra onun keçirdiyi analoji əməliyyat tarixdə ilk dəfə olaraq uğurla bitib. Starzl Pittsburqda dünyada ilk transplantalogiya mərkəzi yaradıb. Bu mərkəz, artıq 1980-cı illərin sonunda hər il 500-ə yaxın qaraciyər transplantasiyası həyata keçirirdi.

AİA.az
Geri dön