Ana Sayfa > İdman > Azərbaycan UEFA reytinqində bir pillə gerilədi
Azərbaycan UEFA reytinqində bir pillə gerilədi20-02-2026, 09:46. Yazar: sevinc1 |
![]() UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə geriləyib. aia.az xəbər verir ki, "Qarabağ" son matçda Bakıda "Nyukasl"a (İngiltərə) 1:6 hesabı ilə məğlub olduqdan sonra ölkəmiz 27-ci yerdə qərarlaşıb. Azərbaycan hazırda 22.937 xala malikdir. 28-ci sıradakı Rusiyanın 22.632 əmsalı var. Qeyd edək ki, siyahıya İngiltərə (112.352) başçılıq edir. aia.az Geri dön |