Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 100 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 100 nəfər saxlanıldı19-02-2026, 10:56. Yazar: sevinc1 |
![]() Fevralın 18-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 100 nəfər saxlanılıb. aia.az Geri dön |