Ana Sayfa > Manşet / İdman > "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzdu
"Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzdu19-02-2026, 09:10. Yazar: sevinc1 |
![]() "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. aia.az xəbər verir ki, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar. Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq. aia.az Geri dön |