Ana Sayfa > Özəl > ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Trampın səbrini tərifləyib

ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Trampın səbrini tərifləyib


18-02-2026, 22:27. Yazar: sevinc1
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Trampın səbrini tərifləyib

ABŞ prezidenti Donald Tramp səbirli olmağa hazırdır, amma İranla bağlı razılaşmanın həll olunmasını əbədi gözləməyəcək.ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bu barədə Fox Business-də bildirib.

Daimi nümayəndə qeyd edib ki, "Düşünürəm ki, o, ağlabatan həddə səbirli olmağa hazırdır, amma əbədi gözləməyə hazır deyil".

Fevralın 16-da İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib ki, Vaşinqton sanksiyaların qaldırılmasını müzakirə etməyə razı olarsa, Tehran nüvə sazişi ilə bağlı ABŞ ilə güzəştə getməyə hazırdır.

Daha əvvəl bildirilirdi ki, Tramp hücum əmri verəcəyi təqdirdə ABŞ ordusu İrana qarşı davamlı əməliyyatlar aparmağa hazırlaşır.


aia.az
Tərcümə şöbəsi
Geri dön