Ana Sayfa > Ölkə > Buzovnanın bəzi ərazilərində işıq olmayacaq
Buzovnanın bəzi ərazilərində işıq olmayacaq18-02-2026, 13:30. Yazar: sevinc1 |
![]() Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə aia.az-a "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. aia.az Geri dön |