Ana Sayfa > Gündəm / Aia TV / Karusel > İctimai işlərdə gənclərin təşkilatlanmasının rolu
İctimai işlərdə gənclərin təşkilatlanmasının rolu29-09-2015, 19:50. Yazar: admin |
Bir çox hallarda gənclərin ictimai fəaliyyəti daha çox onların idarəetmə orqanlarında, seçkili strukturlarda təmsili kimi xarakterizə edilsə də, ictimai fəallığa fərdi aktivasiya kimi baxılmamalıdır.Bu proses fərdi qaydada aktiv ictimai fəallıq nümayiş etdirən gənclərin təşkilatlanması ilə daha geniş vüsət alır. Bu nöqteyi - nəzərdən, gənclərin ictimai fəallığının ilk addımları məhz gənclər təşkilatlarından başlayır. Regionlarda gənclər təşkilatları, birliklərinin fəaliyyəti bir çox parametrlərdən asılıdır. Sosial - iqtisadi göstəricilər, gənclərin təhsil səviyyəsi, gənclərin şəbəkələşmə vəziyyəti və onların doğru koordinasiya edilməsi fəaliyyətin profili üçün əsas amillərdəndir. Həmçinin, gənclər üçün sosial mərkəzlər və onların idarəedilməsi, gənclər siyasəti ilə məşğul olan kadrların öz bilik - bacarıq səviyyəsi gənclərin təşkilatlanmasına təsir göstərən digər parametrlərdəndir. Regionlarda gənclərin informasiya ehtiyaclarının necə ödənilməsi , İKT bacarıqları və regiondakı İKT - nin vəziyyəti gənclərin şəbəkələşmə imkanlarını qiymətləndirmək baxımından əhəmiyyətlidir. Çox təəssüf ki, bu gün gənclərin informasiya çıxışı deyildikdə daha çox sosial şəbəkələrdə itirilən boş vaxt, səmərəsiz informasiya yığını ilə məhdudlaşan kommunikativlik nəzərə çarpır.Halbuki, gənc nəslin informasiya çıxışı vətəndaş cəmiyyətinin inkişafında xüsüsi əhəmiyyət kəsb edir. Qloballaşan dünyada özündə mədəniyyətlərin inteqrasiyasını, fərqli sivilizasiyaların ən dəyərli tərəflərini cəmləşdirən ideologiyaları sahiblənmək, milli - mənəvi özəllikləri geniş kütlələrə çatdırmaq işində KİV, internet, elektron informasiya daşıyıcıları önəmli rabitədir və gənclərimiz bu cür istifadəyə meyilləndirilməlidir. Əks təqdirdə sosial media gənclərin məqsədəuyğun istiqamətləndirilməsindəki funksionallığını itirmiş olur. Gənclərin təşkilatlandırılması onları bir araya gətirməyin ən asan və səmərəli yolu isə - sosial şəbəkələr ilə inkişaf etdirilə bilər. Beynəlxalq sosial paylaşma platformalarında dövlətçiliyin, vətənpərvərliyin təbliği, eyni zamanda dövlətçiliyimizə yönəlmiş xarici təxribatların qarşısının alınması hazırlıqları gənclər təşkilatlarının sosial media funksiyalarının əsas meyarı olmalıdır. Xüsusilə, region gənclərinin maarifləndirilməsi, sosial - ictimai proseslərdə aktivləşdirilməsi aspektində sosial şəbəkələr, " virtuallaşma " ən sərfəli arenadır. Gənclər təşkilatkarı fərdin ictimailəşməsi, dövlətin ictimai maraqları üçün motivləndirilməsi, ictimai - siyasi dəyərlərin diqqətə çatdırılması və s. prinsiplərini sosial şəbəkələr vasitəsi ilə daha interaktiv şəkildə tətbiq edə bilməlidirlər. Gənclərin təşkilatlanması, müəyyən amal ətrafında birləşmələri onların siyasi ideologiyalarının tərbiyələnməsinə də yol açır. Və bu xaosa, gərginliyə, insidentlərə meyillilik kimi mənfi təsirləri zəiflətmiş olur. Respublikamızda qanunvericiliyə uyğun istənilən siyasi platformada gənclər təmsil olunur və bu imkanlar gələcəyin gənc siyasi liderlərinin yetişməsində təməl rol oynayır . Bu gün ölkənin müxtəkif bölgələrində gənclər evi , mərkəzləri fəaliyyət göstərir və onların idarəçiliyi gənclərə həvalə olunur. Dövlətin gənclər strategiyasına uyğun olaraq bu cür məkanların istifadəsi, müxtəlif qurum və QHT - nın fəaliyyəti gənclərin gələcək hədəflərinin, ambisiyalarının seçilməsinə xidmət edir. Gənclər Azərbaycanın inkişaf və modernləşməsinin operativ ön cəbhəsidir. Gənclərin yeni potensial, inkişaf strategiyasının sağlam sütünları olaraq qiymətləndirilməsi dövlətin və ölkə başçısının onlara olan etimadından irəli gəlir. Azərbaycan tarixinin hər bir mərhələsində əsas sosial - siyasi gücə çevrilmiş gənclər dövlətçiliyimizin inkişaf etdirilməsi prosesində yaxından iştirak edirlər. Bu gün hökümətin prioritet elan etdiyi məsələlərdən biri gənclərin hərtərəfli inkişafıdır . Sevindirici və qürurverici haldır ki, dövlətin idarəetmə və qanunvericilik infrastrukturlarındakı uğurlu layihələrdə gənc imzaların sayı günü - gündən artır. Etibarlı əqidə ilə yetişən, intellektual potensialına güvənən gənc ordusu formalaşır. Gənclərdən ibarət qurumların uğurları onların sayı ya da üzvlərinin sayı ilə ölçülməməli, gördükləri işlərin səmərəsi ilə müəyyənləşdirilməlidir. Azərbaycan gənci öz subyektiv inteqrasiyasının ictimai inkişafa söykəndiyini dərk etdikcə gənclərin təşkilatlanması işi də daha müvəffəqiyyətli şəkildə icra olunacaqdır. YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri : Fərid Fərzəliyev Aia.az Geri dön |