Ana Sayfa > Ölkə > Sabunçuda mənzildən meyit tapıldı
Sabunçuda mənzildən meyit tapıldı18-02-2026, 13:23. Yazar: sevinc1 |
![]() Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. aia.az Geri dön |