Ana Sayfa > Ölkə > Şagird məktəbin ikinci mərtəbəsindən yıxıldı

Şagird məktəbin ikinci mərtəbəsindən yıxıldı


18-02-2026, 12:02. Yazar: sevinc1
Şagird məktəbin ikinci mərtəbəsindən yıxıldı

Mingəçevirdə yuxarı sinif şagirdi oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

aia.az xəbər verir ki, hadisə 3 saylı tam orta məktəbdə baş verib.

Şagird Elmin Qasımov oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub. 3 saylı məktəbdə daha çox rusdillilər təhsil alır.

Faktla bağlı araşdırma başlanıb.

aia.az
Geri dön