Ana Sayfa > İdman > Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı


17-02-2026, 17:16. Yazar: sevinc1
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.

AFFA-dan aia.az-a verilən məlumata görə, o, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.

aia.az
Geri dön