Ana Sayfa > Ölkə > Kürdə bir nəfər batdı
Kürdə bir nəfər batdı17-02-2026, 16:32. Yazar: sevinc1 |
![]() Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə aia.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək. aia.az Geri dön |