Ana Sayfa > Ölkə > Şahbulaq qalası 3,5 milyon manata bərpa ediləcək
Şahbulaq qalası 3,5 milyon manata bərpa ediləcək17-02-2026, 15:46. Yazar: sevinc1 |
![]() Ağdamın Şahbulaq kəndində yerləşən Şahbulaq qalasının bərpası üçün 3,5 milyon manat vəsait ayrılıb. aia.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi "M-TND" MMC ilə bir mənbədən müqavilə imzalayıb. Qalanın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması üçün şirkətə 3 milyon 530 min 196,47 manat ödəniş edilib. İşlərin dekabrda yekunlaşması nəzərdə tutulur. Qeyd edək ki, "M-TND" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Nazim Kəlbiyevdir. aia.az Geri dön |