Ana Sayfa > İdman > "Şamaxı" "Turan Tovuz"la qolsuz heç-heçə etdi
"Şamaxı" "Turan Tovuz"la qolsuz heç-heçə etdi16-02-2026, 16:31. Yazar: sevinc1 |
![]() Misli Premyer Liqasının XX turunda "Turan Tovuz" səfərdə "Şamaxı" ilə heç-heçə edib. aia.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb. Bir oyun az keçirən "Turan Tovuz" 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Şamaxı" 24 xalla səkkizincidir. Günün ikinci qarşılaşmasında "Sabah" "Qəbələ"nin qonağı olacaq. Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. aia.az Geri dön |