Ana Sayfa > Ölkə > Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi


16-02-2026, 10:45. Yazar: sevinc1
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

aia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda "Dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

aia.az
Geri dön