Ana Sayfa > İdman > Zidan: "Mənim üçün "böhran" sözü mövcud deyil"

Zidan: "Mənim üçün "böhran" sözü mövcud deyil"


4-03-2017, 18:21. Yazar: admin
Zidan: "Mənim üçün "böhran" sözü mövcud deyil"

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan komandasının son 3 oyunda cəmi 4 xal toplamasından narahat deyil.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis vəziyyəti düzəltmək üçün gərgin çalışmaq lazım olduğunu bildirib.

"Mənim üçün "böhran" sözü mövcud deyil. Hər oyunda daha yaxşı oynamaq imkanı var. Biz kənar yerdə bəraət axtarmayacağıq. Bilirik ki, itirilən xallar özümüzdən asılıdır. Məşqlərdə və oyunlarda mübarizə aparmaqla məqsədə nail ola bilərik. Son oyunlarda bəzən istədiyimiz nəticələr olmur. Ən əsası komandanın meydanda var gücü ilə oynamasıdır".

"Real" 25 turdan sonra turnir cədvəlində lider "Barselona"dan 1 xal geri qalır. Amma Madrid klubunun ehtiyatda 1 oyunu qalır.

AİA.az
Geri dön