Ana Sayfa > İdman > Ançelotti Braziliya millisi ilə yeni müqavilə imzalayacaq

Ançelotti Braziliya millisi ilə yeni müqavilə imzalayacaq


13-02-2026, 13:37. Yazar: sevinc1
Ançelotti Braziliya millisi ilə yeni müqavilə imzalayacaq

Braziliya Futbol Konfederasiyası milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə yeni müqavilə imzalayacaq.

aia.az “The Athletic”ə istinadən xəbər verir ki, tərəflər 4 illik sözləşmə ilə bağlı razılığa gəliblər.

Hazırda italiyalı mütəxəssis Braziliya yığmasında illik təxminən 10 milyon avro əməkhaqqı alır. O, milli komandaya 2025-ci ilin may ayından rəhbərlik edir. Braziliya seçməsi bu müddətdə 8 oyunda 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.

aia.az
Geri dön