Ana Sayfa > Siyasət / Aia TV / Karusel > “Dağlıq Qarabağın statusu məsələsi beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır“
“Dağlıq Qarabağın statusu məsələsi beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır“29-09-2015, 14:41. Yazar: admin |
Amerikalı həmsədr Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirib “Dağlıq Qarabağın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır və ona hərtərəfli həllin tərkib hissəsi kimi baxılmalıdır". Bu sözləri APA-ya açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Biz həll prosesinin tərəflər üçün vacib olan bütün elementləri üzərində işləmək prinsipinə sadiqik”, - deyə o, söyləyib. Xatırladaq ki, bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Geri dön |