Ana Sayfa > Karusel / Dünya > Türkiyədə 93 nazirlik işçisi saxlanıldı -

Türkiyədə 93 nazirlik işçisi saxlanıldı -


13-02-2026, 11:05. Yazar: sevinc1
Türkiyədə 93 nazirlik işçisi saxlanıldı -

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam edir.

aia.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu İstanbulda keçirilən yeni əməliyyatla bağlı məlumat yayıb.

Qeyd olunur ki, İstanbul mərkəzli 11 vilayətdə FETÖ/PDY üzvlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı təşkilatın fəaliyyətlərdə iştirak etdikləri müəyyən edilən Xəzinə və Maliyyə Nazirliyində işləyən və ya vəzifədən uzaqlaşdırılmış 93 vergi müfəttişi saxlanılıb.

aia.az
Geri dön