Ana Sayfa > Özəl > Monde: Fransa polisi Luvr bilet fırıldaqçılığının qarşısını alıb

Monde: Fransa polisi Luvr bilet fırıldaqçılığının qarşısını alıb


Dünən, 21:58. Yazar: sevinc1
Monde: Fransa polisi Luvr bilet fırıldaqçılığının qarşısını alıb

“Le Monde” qəzetinin muzey və polis məlumatlarına istinadən verdiyi məlumata görə, Fransa polisi Parisdəki Luvr Muzeyində “genişmiqyaslı” bilet fırıldaqçılığı şəbəkəsini dağıdıb.
Əməliyyat muzey administrasiyasından alınan məlumat əsasında həyata keçirilib.

Luvr sözçüsü bildirib ki, "Muzeydə mövcud olan məlumatlara əsasən, genişmiqyaslı fırıldaqçılıq təşkil edən bir şəbəkənin mövcudluğundan şübhələnirik".

Muzey bilet fırıldaqçılığının artmasını və şaxələnməsini qeyd edib və polislə birlikdə fırıldaqçılıqla mübarizə aparmaq üçün strukturlaşdırılmış bir planın həyata keçirildiyini elan edib.

2025-ci ilin oktyabr ayında oğrular Parisdəki Luvrdan 8000-dən çox brilyant və 212 mirvari oğurlayıblar.


aia.az
Tərcümə şöbəsi
Geri dön