Ana Sayfa > İqtisadiyyat > SOCAR-ın 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat
SOCAR-ın 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatDünən, 14:55. Yazar: sevinc1 |
![]() 2025-ci ildə SOCAR tərəfindən 66 min metr1 qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7,1 milyon ton2 neft, 7,8 milyard kubmetr3 qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü illə müqayisədə 2,1% artaraq, 51,5 milyard kubmetr4 təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton5 neft hasil olunub. Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,1 milyon ton6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 25,2 milyard kubmetr7, istehlakı isə 13,2 milyard kubmetr8 təşkil edib. Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1% azalıb. Ötən il SOCAR tərəfindən 6,2 milyon tondan9 çox neft, 3 milyard kubmetrdən10 çox qaz emal edilib. Hesabat dövründə neft emalı 2024-cü illə müqayisədə 7,2% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib. 1. 65.945 metr 2. 7.098.715 ton 3. 7.823.381.000 kubmetr 4. 51.470.886.000 kubmetr 5. 27.671.063 ton 6. 16.065.728 ton 7. 25.193.865.029 kubmetr 8. 13.240.554.327 kubmetr 9. 6.225.953 ton Geri dön |