Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Zeynəb Xanlarova 5-ci dəfə deputat olmaq istəyir

Zeynəb Xanlarova 5-ci dəfə deputat olmaq istəyir


29-09-2015, 14:20. Yazar: admin

MSK məlumat yaydı.

Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Bitərəf olan Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən növbəti dəfə qeydə alınıb.

Qeyd edək ki, Zeynəb Xanlarova 1995, 2000, 2005 və 2010-ci il deputat seçkilərində iştirak edərək qalib olub.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Geri dön