Ana Sayfa > Gündəm > Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçiciləri ilə görüşüb
Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçiciləri ilə görüşüb11-02-2026, 13:47. Yazar: azer |
![]() Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası(YAP)Qaradağ rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib. aia.az xəbər verir ki, görüşdə seçicilər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım(ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı çərçivəsində təşkil edilən peşə kursuna cəlb edilmələrinə, vətəndaşların hüquqlrının pozulmasının qarşısının alınmasına, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım verilməsinə və digər problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər. Seçicilərin müraciətləri qeydə alınıb, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb. Geri dön |