Ana Sayfa > Parlament / Karusel > 6 aylıq uşağı ilə birlikdə özünü avtomobildən atdı
6 aylıq uşağı ilə birlikdə özünü avtomobildən atdı4-03-2017, 15:16. Yazar: admin |
![]() Türkiyədə Ruqiyə adlı qadın ərinə əsəbləşdiyinə görə özünə və 6 aylıq uşağına qəsd edib. AİA.Az "Milliyet"ə istinadla bildirir ki, hadisə fevral ayının 26-da baş verib. Əri və uşaqları ilə birlikdə avtomobildə olan cütlüyün arasında mübahisə yaranıb. Bu zaman ərinə əsəbləşən Ruqiyə hərəkət zamanı qucağındakı 6 aylıq uşağı ilə birlikdə özünü avtomobildən tullayıb. Körpə sağ qalsa da, qadın 3 gün sonra xəstəxanada həyatını itirib. Qeyd edək ki, Ruqiyənin 3 övladı var idi. AİA.az Geri dön |