Ana Sayfa > Siyasət > Almaniyadan sonra Hollandiya da türklərə "Yox" dedi

Almaniyadan sonra Hollandiya da türklərə "Yox" dedi


4-03-2017, 14:15. Yazar: admin
Almaniyadan sonra Hollandiya da türklərə "Yox" dedi

Hollandiya hökuməti Türkiyənin bu ölkədə keçirməyi planlaşdırdığı referendum mitinqinə icazə verməkdən imtina edib.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə bunu Hollandiyanın baş naziri Mark Rütte yerli telekanallara açıqlamasında bildirib.

Baş nazir bildirib ki, mitinqin keçirilməsi üçün rəsmi tələbin gəlməsinə baxmayaraq bununla bağlı Türkiyə hökuməti ilə əməkdaşlıq etməyi düşünmürlər.

M.Rütte qeyd edib ki, bununla bağlı rəsmi qərarı ən qısa zamanda Türkiyə hökumətinə çatdıracaqlar.

Qeyd edək ki, bundan öncə Almaniya da Türkiyə ədliyyə naziri Bəkir Bozdağın da iştirakı ilə planlaşdırılan mitinqin keçirilməsinə icazə verməyib.

AİA.az
Geri dön