Ana Sayfa > Ölkə > Fəzail Ağamalı dəfn edildi -
Fəzail Ağamalı dəfn edildi -10-02-2026, 13:49. Yazar: sevinc1 |
![]() Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbirstanlığında dəfn edilib. aia.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər. *** 12:00 Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı ilə Heydər məscidində vida mərasimi keçirilib. *** Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalının nəşi Azərbaycana gətirilib. Onunla vida mərasimi keçiriləcək. aia.az xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib. O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək. Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq. Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək. aia.az Geri dön |