Ana Sayfa > Özəl > ABŞ vitse-prezidenti İrəvanda mitinqlə qarşılanıb

ABŞ vitse-prezidenti İrəvanda mitinqlə qarşılanıb


9-02-2026, 19:18. Yazar: sevinc1
ABŞ vitse-prezidenti İrəvanda mitinqlə qarşılanıb

Sputnik Armenia Telegram kanalının məlumatına görə, Yerevan sakinləri etiraz aksiyasına çıxıblar.ABŞ vitse-prezidenti J.D. Vensin paytaxta gəlişindən sonra vətəndaşlar mitinq təşkil ediblər. Mitinq Marşal Baqramyan prospektində keçirilib. İştirakçılar Azərbaycandakı erməni əsirlərinin azad edilməsini tələb ediblər.

"Mitinq (...) Yerevanın mərkəzində Vensə məktubun imzalanması ilə başa çatıb. ABŞ vitse-prezidentinə ünvanlanan kollektiv mətndə itkin düşmüş şəxslərin taleyi və Qarabağ sakinlərinin vətənlərinə qaytarılması mexanizmi ilə bağlı suallar da yer alıb", - deyə nəşr bildirir.

aia.az
Tərcümə şöbəsi
Geri dön