Ana Sayfa > Gündəm > “Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən RKİHPB Sazişi üzrə rəhbər komitənin növbəti iclası keçirilib
“Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən RKİHPB Sazişi üzrə rəhbər komitənin növbəti iclası keçirilib9-02-2026, 15:04. Yazar: azer |
![]() “Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən Reabilitasiya, Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü (RKİHPB)” üzrə Saziş əsasında rəhbər komitənin növbəti iclası keçirilib. “Salyan Oil Limited” şirkətinin saziş ərazisində keçirilən iclasda SOCAR-ın vitse-prezidenti Babək Hüseynov, “GL Investment” MMC-nin baş icraçı direktoru Asif Zeynalov və “SOCAR Upstream Management İnternational”ın rəhbər heyəti iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. İclasda 2025-ci il üzrə illik Fəaliyyət Proqramına və büdcənin icra hesabatına dair təqdimatlar dinlənilib, həmçinin 2026-cı il üçün təklif olunan Fəaliyyət Proqramı və büdcə sənədi müzakirə olunub. Tədbir iştirakçıları, həmçinin “Salyan Oil Limited” Əməliyyat Şirkətinin “Qarabağlı” yatağında yerləşən 6-cı sahəyə, “Kürsəngi” yatağında yeni istismara verilmiş 810 saylı quyuya və qazması davam etdirilən 811 saylı quyuya baxış keçiriblər. Səfər zamanı istehsalat prosesləri yerində qiymətləndirilib və mövcud fəaliyyətlə bağlı müzakirələr aparılıb. Geri dön |