Ana Sayfa > Gündəm / Seçilənlər-1 / Təhsil / Karusel > Balakən: Dövlətin mədəniyyət siyasəti daha səriştəli kadrlara etibar edilməlidir

Balakən: Dövlətin mədəniyyət siyasəti daha səriştəli kadrlara etibar edilməlidir


29-09-2015, 13:31. Yazar: admin


Balakəndə 27 millətin nümayəndəsi yaşayır. Rayonda yaşayan hər bir millətin adət-ənənəsi, mədəni irsi qorunub saxlanılır və təbliğ edilir. Təbii ki, burada dövlətin mədəniyyət siyasətini həyata keçirməklə vəzifələndirilmiş şəxslərin üzərinə böyük məsuliyyət düşür. Məsələn, rayon Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edən kadrın seçimində qətiyyən yanlışlığa yol vermək olmaz. Amma deyəsən verilib. Şöbəyə az öncə müdir təyin edilmiş Şəfəq xanım öz vəzifəsinin öhdəsindən gələ bilmir. Daha dəqiq desək, öz vəzifəsinin rayonun mədəniyyət müəssisələrinin rəhbər və funksionerlərindən müxtəlif üsullarla pul yığmaqdan ibarət olduğunu düşünür.

Bəri başdan qeyd edək ki, redaksiyamıza daxil olan məlumata görə, Şəfəq xanımın rəhbərlik etmək təcrübəsi yoxdur və o, yəqin hansısa himayədarının dəstəyi ilə hazırki vəzifəsinə irəli çəkilib. Fəaliyyətə başlayan kimi də mədəniyyət işçilərindən pul yığımına start verib. Düzdür, o, bir-bir hamıdan əvvəlcə “gərgin reqlamentli” iş tələb edir. Sonra da hərədə bir “nöqsan” taparaq, “məşhər ayağı”na çəkir. Sonucda sözün “mustafası”nı deyəndə tələbini vəzifəyə təyin olunması üçün guya xərcinin çox çıxması ilə əlaqələndirir. Təzə müdirənin işə başlar-başlamaz bu cür korruptiv idarəçilik metodu seçməsi mədəniyyət sistemində çalışanların kütləvi etirazına səbə olmuşdur. Balakənin tərəqqipərvər mədəniyyət işçiləri ümid edirlər ki, tezliklə Rayon İcra Hakimiyyətinin başçısı və Mədəniyyət və Turizm naziri bu özbaşınalığa bir əncam çəkəcəklər.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir və məsələni diqqət mərkəzində saxlamağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Aia.az
Geri dön