Ana Sayfa > İdman > "Kəpəz" "İmişli"yə, "Turan Tovuz" "Karvan-Yevlax"a qarşı
"Kəpəz" "İmişli"yə, "Turan Tovuz" "Karvan-Yevlax"a qarşı9-02-2026, 09:35. Yazar: sevinc1 |
![]() Misli Premyer Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək. aia.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "İmişli"nin qonağı olacaq. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək. "İmişli" 18 xalla 9-cu, Gəncə klubu 12 xalla 11-ci pillədə qərarlaşıb. Günün ikinci oyununda "Turan Tovuz" autsayder "Karvan-Yevlax"ı sınağa çəkəcək. Bu görüş saat 18:30-da başlayacaq. Ehtiyatda daha bir matçı olan Tovuz təmsilçisi 30 xalla 4-cü, "Karvan-Yevlax" 6 xalla 12-cidir. Misli Premyer Liqası II dövrə, XIX tur 14:30. "İmişli" – "Kəpəz" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov. VAR: Elçin Məsiyev. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: İmanxan Sulatni. AFFA nümayəndəsi: Seymur Səlimli. Quba Olimpiya İdman Kompleksinin stadionu 18:30. "Turan Tovuz" – "Karvan-Yevlax" Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: Nicat İsmayıllı. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. "Azərsun Arena" Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. aia.az Geri dön |