Ana Sayfa > Karusel / Dünya > İranda aksiyalarda saxlanılanlar əfv ediləcək?

İranda aksiyalarda saxlanılanlar əfv ediləcək?


9-02-2026, 08:59. Yazar: sevinc1
İranda aksiyalarda saxlanılanlar əfv ediləcək?

Etirazlarda saxlanılan iranlılar əfv edilməyəcək.

aia.az xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni-Ejei bildirib.

O, saxlanılan etirazçıların 1979-cu il İslam İnqilabının ildönümü münasibətilə keçirilən illik əfv proqramlarına daxil edilməyəcəyini açıqlayıb.

"Təhlükəsizlik məsələləri ilə bağlı hər hansı bir şəkildə bütün məhbusların adlarının əfv siyahısından çıxarılması barədə əmr verdim", - deyə Möhsəni-Ejei bildirib.

O əlavə edib ki, son etirazlarla əlaqəli təqsirləndirilən şəxslər və məhkumlar da 11 fevrala planlaşdırılan əfvlərə daxil edilməyəcəklər.

aia.az
Geri dön