Ana Sayfa > Özəl > Trampın Obama və həyat yoldaşını meymun kimi təsvir etdiyi video tənqidlərə səbəb olub
Trampın Obama və həyat yoldaşını meymun kimi təsvir etdiyi video tənqidlərə səbəb olub6-02-2026, 20:05. Yazar: sevinc1 |
|
ABŞ prezidenti Donald Trampın keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanı meşədə yaşayan meymunlar kimi təsvir edən irqçi video paylaşması geniş qəzəbə səbəb olub. ABŞ prezidentinin paylaşdığı və 2020-ci il seçkilərinin səsvermə maşınları vasitəsilə saxtalaşdırıldığı iddialarını özündə əks etdirən videonun sonunda Obama cütlüyünün üzləri meymun bədənlərinin üzərinə yerləşdirilib. Ümumilikdə 62 saniyəlik videoda Obama ailəsinin son bir neçə saniyədə təsvir edildiyi və fonda ingilis dilində "The Lion Sleeps Tonight" mahnısının səsləndirildiyi yer alıb. Trampın meymun müqayisəsi qəzəbə səbəb olub və Kaliforniya qubernatoru Qevin Nyusomun media ofisi ABŞ-da yerləşən bir şirkətin sosial media platformasında "Prezidentin (Trampın) iyrənc davranışı. Hər bir respublikaçı bunu dərhal qınamalıdır" yazısını paylaşıb. Ağ Evin sözçüsü Karolin Livit ABŞ mediasına verdiyi açıqlamada bildirib ki, "Bu, Prezident Trampı Cəngəllik Kralı, Demokratları isə "Aslan Kral" filmindəki personajlar kimi təsvir edən internet satirik videosundan götürülüb" və reaksiyaları "saxta qəzəb" adlandırıb. Video ABŞ mətbuatında geniş işıqlandırılıb və sosial media platformalarında qəzəbə səbəb olub. Keçən il Tramp həmçinin Barak Obamanın Oval Ofisdə həbs olunduğunu göstərən süni intellekt tərəfindən yaradılan video paylaşmışdı. aia.az Tərcümə şöbəsi Geri dön |