Ana Sayfa > Siyasət / Parlament > Deputatlarımız Sloveniyaya səfər edəcəklər

Deputatlarımız Sloveniyaya səfər edəcəklər


6-02-2026, 15:59. Yazar: azer
Deputatlarımız Sloveniyaya səfər edəcəklər

Milli Məclisin Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev və qrupun üzvü Heydər Əsədov fevralın 9-da Sloveniya Respublikasının Lyublyana şəhərinə səfər edəcəklər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sloveniya Milli Assambleyasının Azərbaycanla əlaqələr üzrə işçi qrupu rəhbərinin dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlarımız bir sıra görüşlər keçirəcək və parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişafı barədə müzakirələr aparacaqlar.

Səfər fevralın 12-də başa çatacaq.      
Geri dön