Ana Sayfa > Karusel > İlham Zəkiyevə vəzifə verildi

İlham Zəkiyevə vəzifə verildi


3-03-2017, 20:19. Yazar: admin
İlham Zəkiyevə vəzifə verildi








Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013 - 2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.

Sonra rəhbər orqanlara seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.

Qeyd edək ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev bu gün doğum gününü qeyd edir. Onun 37 yaşı tamam olur.

aia.az
Geri dön