Ana Sayfa > Ölkə / Karusel > Bakıda iki gündə 78 ağac sınıb
Bakıda iki gündə 78 ağac sınıb5-02-2026, 09:38. Yazar: sevinc1 |
![]() İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb. Bu barədə aia.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb. Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər. aia.az Geri dön |