Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Ermənilərdən etiraf: Kəlbəcər Azərbaycanındır... – VİDEO
Ermənilərdən etiraf: Kəlbəcər Azərbaycanındır... – VİDEO29-09-2015, 12:57. Yazar: admin |
“Vaxtilə bura Azərbaycanın dövlət iqamətgahı olub”. Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun yeni görüntüləri yayılıb. Aia.az Azvision.Az-a istinadən xəbər verir ki, erməni blogerin şəxsi hesabında paylaşdığı videoda Kəlbəcərin bir çox yerləri əks olunub. Düşmən tapdağında olan məşhur İsti su sanatoriyası da erməni bloqer tərəfindən lentə alınıb. “Bu gün iyulun 29-dur. Yerevandan 11 radələrində çıxmışıq. İndi 5:30dur. Biz Kəlbəcərin İsti sularından birinin yanındayıq. Bura çimməyə gəlmişik. Maşınımızı qoyub, yükümüzü çiynimizə alaraq buradan uzaqlaşmağa başlayırı. Yolda ağaclar var. Ərik yeyə-yeyə gedirik. Bu istiqamətdə bir neçə km. yol qət edəcəyik. Bax, bu ərikdir, soyuq imkan verməyib ki, o böyüsün” - deyə videoda deyilir. Ermənilərin özü də Kəlbəcərin Azərbaycana aid olmasını etiraf edirlər. Səyahətçilər deyir ki, vaxtilə bura Azərbaycanın dövlət iqamətgahı olub. “Yuxarı qalxdıq. Vaxtilə bura Azərbaycanın dövlət iqamətgahı olub. Qıraqdan görünməsin deyə, bir tərəfdən ağaclarla, o biri tərəfdən isə bu binalarla örtülüb. Qaranlıq. Çadır qurmuşuq ki, orada gecələyək. Yay olmasına baxmayaraq, burada soyuqdur. Ona görə ocaq qalamalı olduq. Artıq 9:30 dur. Uçuq binaların arasından meşə ilə getməyə başlayırıq, buradan oraya 15 km yol var. Tələsməliyik ki, çataq. Bura iti suların rezervuarıdır (anbar). Sonra yolda olan maneələr. Artıq yarısını geçmişik yolun. Bir az dincəlməliyik. Dağın zirvəsinə çathaçatdayıq. 15 dəqiqə sonra orda olarıq. Buranın adı Əyri dağdır. Dəniz səviyyəsindən 3600 km-dədir. İndi Kəlbəcərdəyik.. Buradan Mardakertə getmək istəyirik. Yol isə belədir ki, bir su anbarını dolaşıb getmək zorundayıq. Bura artıq Dadivankdır (Çəkilişləri göstərir - red) Yatmaq üçün münasib bir yer tapdıq. Besetkadı. Bir az daşlı olsa da, nə edək burada yatmalıyıq. Əl-üz yuyan da var. Qarşıda isə meşədir. Sabahınız xeyir . Biz indi hazırlaşırıq Yerevana getməyə.. Gecə burada qaldıq. Rahat və təhlükəsizdir”. Qeyd: ermənilərin danışıqlarını Ermənişünas alim Qafar Çaxmaqlı tərcümə edib. Geri dön |