Ana Sayfa > Gündəm > Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi4-02-2026, 11:59. Yazar: sevinc1 |
![]() "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Bu barədə aia.az-a səhmdar cəmiyyətindən bildirilib. Qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-də yola düşəcək. Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar. aia.az Geri dön |