Ana Sayfa > Ölkə > BDU-nun professoru vəfat etdi
BDU-nun professoru vəfat etdi4-02-2026, 11:41. Yazar: sevinc1 |
![]() Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib. aia.az xəbər verir ki, R.Məmmədov 76 yaşında dünyasını dəyişib. O, 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib. 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb. Mərhum 1999-cu ildə “Tərəqqi”, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub. aia.az Geri dön |