Ana Sayfa > Karusel / Dünya > Türkiyədə yeni konstitusiya hazırlanır

Türkiyədə yeni konstitusiya hazırlanır


Bu gün, 18:00. Yazar: sevinc1
Türkiyədə yeni konstitusiya hazırlanır

“Görülən işlərlə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana məlumat veririk. Yaxın zamanda ona təqdimat həyata keçirəcəyik”.

aia.az xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz yeni Konstitusiyanın hazırlanmasına dair bildirib.

“Siyasət çərçivəsi hazırlayırıq. Konstitusiya ilə bağlı işlərdə əsas məsuliyyət parlamentin üzərindədir. Bu mövzuların parlamentdə müzakirə olunması üçün uyğun şərait yaranarsa, AK Partiya olaraq hazırlıqlarımızı tamamlamağa çalışacağıq. Artıq xeyli irəliləmişik. Bu işin parlamentdə başlaması vacibdir ki, mənalı iş görülə bilsin. MHP ilə işimizi bitirmişik, biz də intensiv şəkildə işləyirik, amma bu mərhələdə hələ yekun təqvim verə bilmərik. Prezidentimizə işlərimizlə bağlı müəyyən mövzuları təqdim edirik, yaxın zamanda ona yekun təqdimat həyata keçirəcəyik”, - Yılmaz qeyd edib./Teleqraf

aia.az
Geri dön