Ana Sayfa > Ölkə > "Roşka"nın məhkəməsi təxirə salındı
"Roşka"nın məhkəməsi təxirə salındıBu gün, 14:28. Yazar: sevinc1 |
![]() "TikTok"da "Roşka" ləqəbi ilə tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Unikal"ın məlumatına görə, o, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılmalı idi. Lakin, məhkəmə təxirə salınıb. Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib. aia.az Geri dön |