Ana Sayfa > Ölkə > Siyəzənin bir neçə küçəsində qaz olmayacaq

Siyəzənin bir neçə küçəsində qaz olmayacaq


Bu gün, 17:24. Yazar: sevinc1
Siyəzənin bir neçə küçəsində qaz olmayacaq

Sabah Siyəzənin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə aia.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Siyəzəndə istismarda olan yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ş.İ.Xətai, A.Zahirov, O.Qoçəliyev, B.Bayramov və H.Z.Tağıyev küçələri olmaqla ümumilikdə 820 abonentin qaz təchizatında fasilə yaranacaq.

aia.az
Geri dön