Ana Sayfa > Parlament / Aia TV / Karusel > Xidmətini beş gündən sonra başa vuracaqdı - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ
Xidmətini beş gündən sonra başa vuracaqdı - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ29-09-2015, 12:29. Yazar: admin |
640 balla universitetə daxil olmuşdur. Cəbhənin Tərtər rayonu ərazisində düşmən gülləsindən şəhid olan müddətli hərbi qulluqçu Elşən Məmmədovun cənazəsi bu gün Gürcüstana aparılıb. Şəhid ailəsinə təhvil verilib. Şəhidin doğmaları, yaxınları, kənd camaatı onunla sonuncu dəfə vidalaşıblar. Cənazə namazı qılınıb. Aia.az ANS-ə istinadən məlumatına görə, şəhidlə vidalaşmağa gələnlər arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri də olub. Səfirliyin hərbi atteşesi Xəzər Abbasov bildirib ki, Elşənin qanı alınıb. Ermənilər çoxlu itki veriblər. 640 balla daxil olduğu İqtisadiyyat Universitetini keçən il bitirib, hərbi xidmətə yollanan Elşən Məmmədov cəmi 5 gündən sonra xidmətini başa vurub ordudan təxris olunmalı idi. Anası ilə telefon danışığı zamanı sonuncu dəfə döyüş növbətçiliyinə çıxacağını bildirən əsgər posta çıxdıqdan bir neçə dəqiqə sonra düşmən gülləsinə tuş gəlib. Şəhid cənazə namazı qılındıqdan sonra torpağa tapşırılması üçün kənd qəbristanlığına aparılıb. Gürcüstanın Bolnisi rayonundan olan 23 yaşlı hərbçi doğulub böyüdüyü Zol Göyəc kəndində son mənzilə yola salınıb. Burada Elşən Məmmədov böyük bir izdihamın iştirakı ilə dəfn olunub. Xatırladaq ki, son 2 gün ərzində Milli ordumuz 4 şəhid verib. Allah rəhmət eləsin! Geri dön |